ŞAHTAXTİNSKAYA Zəhra Mustafa qızı (17.11.1895, Xankəndi -16.9.1977,Bakı) –zooloq, helmintoloq. Biologiya elmləri doktoru (1953), prof. (1954) Azərb. Respublikasının əməkdar elm xadimi (1960). Əmək fəaliyyətinə 1916 ildə qadın gimnaziyasında müəllimlikdən başlamışdır. 1922 ildən ömrünün sonunadək Azərb. Dövlət Pedaqoji İn-tunda (indiki APU) işləmiş, biologiya fakültəsinin dekanı, 1937 ildən zoologiya kafedrasının müdiri olmuşdur. Elmi araşdırmaları, əsasən, Azərb.-da yaşayan su və bataqlıq quşlarında parazitlik edən qurdların tədqiqinə həsr edilmişdir. Ş. bir çox elmi əsərin, dərsliyin müəllifidir. Elmi kadrlar hazırlanmasında xidməti olmuşdur. Lenin ordeni ilə təltif edilmişdir.