• Kəngərli rayonu
  • Şahtaxtı kəndi
  • Məqsədimiz
  • Planlarımız
  • Fəxri adlar
  • Videolar
  • Şəkillər
  • Kitab
  •  

    ŞAHTAXTI KÖRPÜSÜ

    ....

    Şahtaxtı yaşayış məntəqəsində ilk gömrük postu 1940-cı ildə yaradılmışdır. O vaxt Culfa gömrükxanasının nəzdində olan bu məntəqə 10 ilə yaxın fəaliyyət göstərdikdən sonra sovet dövründə ləğv olunmuşdur. Azərbaycan müstəqillik əldə etdikdən sonra qonşu İran İslam Respublikası ilə əlaqələr genişləndiyindən Şahtaxtı gömrük postunun bərpasına ciddi ehtiyac yaranmış və 1990 illərin əvvəlində Naxçıvan MR-in Ali məclisinin sədri işləyən Heydər Əliyevin İran hökumətinin dəvətilə 24 avqust 1992-ci ildə Tehranda İran İslam Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlığa dair imzalanan protokola əsasən Araz çayı üzərində yeni körpü inşa olunmuşdur. 3 dekabır 1992-ci ildə o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyən ümummilli lider Heydər Əliyevin iştirakı ilə Şahtaxtı-Poldəşt körpüsünün təntənəli açılışı olmuşdur. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 7 may 1993-cü il tarixli qərarı ilə burada müştərək bazar təşkil olunmuşdur. Sonradan aparılmış müşahidələr bu tipli ticarət qurumunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası dövlət sərhəddinin muhafizəsini gücləndirmək məqsədi ilə əlavə qayda və əsasnamələrin təsdiq edilməsi haqqında” 9 mart 1993-cü il tarixli qərarının tələblərinə uyğun gəlmədiyini ortaya çıxarmışdı. Buna görə də qeyd olunan uyğunsuzluğu aradan qaldırmaq və gömrük xidmətinin lazımi qaydada təşkilini təmin etmək məqsədi ilə həmin il oktyabrın 22-də Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Müvafiq qərarı ilə Şahtaxtı gömrük postu yarasılmışdı. Şahtaxtı sərhəd keçid məntəqəsinin yenidən qurulması 2008-ci ilin avqustunda Şahtaxtı-Poldəşt sərhəd keçid məntəqəsinə beynəlxalq statusun verilməsi haqqında İran və Azərbaycan hökumətləri arasında imzalanan memoranduma uyğun olaraq həyata keçirilir. Təbii ki, beynəlxalq statuslu bu sərhəd keçid məntəqəsində həyata keçirilən tədbirlər buraxılış həcminin artması, mal dövriyyəsinin genişlənməsinə və nəqliyyat vasitələrinin hərəkətinə lazımi şərait yaradacaq. Bu isə Naxçıvan və İranın Qərbi Azərbaycan vilayət əhalisi arasında gediş-gəlişin artmasına, ticari-iqtisadi əlaqələrin dərinləşməsinə, rifah halının daha da yaxşılaşmasına xidmət edəcəkdir.