• Kəngərli rayonu
  • Şahtaxtı kəndi
  • Məqsədimiz
  • Planlarımız
  • Fəxri adlar
  • Videolar
  • Şəkillər
  • Kitab
  • ŞAHTAXTILILAR SİZİNLƏ FƏXR EDİR

     

    1. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının Sərəncamı ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri Eldar Əhməd oğlu Mahmudova GENERAL-LEYTENANT hərbi rütbəsi verilmişdir.

    Bakı şəhəri, 16 mart 2005-ci il

     

    2. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının Sərəncamı ilə son dövrlərdə böyük ictimai əks-səda doğurmuş, cəmiyyətdə ciddi narahatlığa səbəb olmuş, əmin-amanlığın və ictimai asayişin pozulmasına yönəlmiş qəsdən adamöldürmə, adam oğurluğu və digər xüsusilə ağır cinayətlərin açılmasında, həmin cinayətləri törətmiş şəxslərin ifşa edilməsində və xüsusi əməliyyat nəticəsində mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilərək tutulmasında, girov götürülmüş şəxsin azad olunmasında yüksək peşəkarlıq, cəsarət və igidlik göstərdiyinə görə Azərbaycan Respublikası Milli Təhlükəsizlik naziri Mahmudov Eldar Əhməd oğlu "AZƏRBAYCAN BAYRAĞI" ordeni ilə təltif edilmişdir.

    Bakı şəhəri, 16 mart 2005-ci il

    3. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının Sərəncamı ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri Eldar Əhməd oğlu Mahmudova GENERAL-POLKOVNIK ali hərbi rütbəsi verilmişdir.

    Bakı şəhəri, 27 mart 2014-cü il

     

    1. Azərbaycan Respublikasi Prezidenti İham Əliyev Cənablarinin Sərəncami ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis polkovniki Seyidov Mirqafar Mircəfər oğluna POLIS GENERAL-MAYORU ali xüsusi rütbəsi verilmişdir.

    Bakı şəhəri, 1 iyul 2009-cu il

    2. Azərbaycan Respublikası Daxili işlər naziri Ramil Usubovun əmri ilə general-mayor Seyidov Mirqafar Mircəfər oğlu 2014-cü ilin noyabr ayında Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.

    Bakı şəhəri, 3 noyabr 2014-cü il

    Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Cənablarının Sərəncamı ilə polis palkovniki Qazıbəyov Etibar Rəşid oğlu - Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin rəisi Azərbaycan Respublikasının Konstitusiya dövlət quruluşunun mudafiəsində, sabitliyin təmin edilməsində, ictimai asayişin qorunmasında, təxribatların, terrorçuluğun və digər təhlükəli cinayətlərin qarşısının alınmasında, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində xüsusi xidmətlərinə görə “AZƏRBAYCAN BAYRAĞI” ordeni ilə təltif olunmuşdur.

    Bakı şəhəri, 26 dekabr 1995-ci il

    1. Azərbaycan Respublikasi Prezidenti Heydər Əliyevin Fərmanı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 70 illiyi münasibətilə Akademiyanın prorektoru Quliyev Dilqəm Qasım oğlu elm və təhsil sahələrində, bədən tərbiyəsi və idmanın inkişafında xidmətinə görə "TƏRƏQQİ" medalı ilə təltif edilmişdir.

    Bakı şəhəri, 6 aprel 2001-ci il № 456

    2. Azərbaycan Respublikasi Prezidenti Ilham Əliyevin Sərəncami ilə Azərbaycan idmanının inkişafındakı xidmətlərini nəzərə alaraq Quliyev Dilqəm Qasım oğluna “ƏMƏKDAR BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN XADİMİ” fəxri adı verilmişdir.

    Bakı şəhəri, 25 yanvar 2006-cı il № 1247

     

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının Sərəncamı ilə son dövrlərdə böyük ictimai əks-səda doğurmuş, cəmiyyətdə ciddi narahatlığa səbəb olmuş, əmin-amanlığın və ictimai asayişin pozulmasına yönəlmiş qəsdən adamöldürmə, adam oğurluğu və digər xüsusilə ağır cinayətlərin açılmasında, həmin cinayətləri törətmiş şəxslərin ifşa edilməsində və xüsusi əməliyyat nəticəsində mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilərək tutulmasında, girov götürülmüş şəxsin azad olunmasında yüksək peşəkarlıq, cəsarət və igidlik göstərdiyinə görə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Mahmudov Vüqar İsa oğlu "HƏRBI XIDMƏTLƏRƏ GÖRƏ" medalı ilə təltif edilmişdir.

    Bakı şəhəri, 16 mart 2005-ci il

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının Sərancamı ilə Azərbaycan Respublikası Kimya sənayesinin 60 illiyi münasibətilə Səthi aktiv maddələr zavodunda uzun müddət səmərəli əməyinə görə mühəndis Eminov Akif Seyfulla oğlu “ŞÖHRƏT”ordeni ilə təltif olunmuşdur.

    Bakı şəhəri, 29 aprel 2005-ci il

     

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının Sərəncamı ilə Azərbaycan Respublikasında ölkənin inkişafında rolunu nəzərə alaraq mədəniyyət, təhsil və səhiyyə sahələrində xidmətinə görə Seyidova Adilə Bağır qızına “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adı verilsin.

    Bakı şəhəri, 25 sentyabr 2008-ci il.

     

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının Sərəncamı ilə Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat fəaliyyətinin aşkarlanması və qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə yüksək peşəkarlıq və igidlik göstərdiyinə, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə milli təhlükəsizlik orqanlarının 90 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Mahmudov Yaşar Mahmud oğlu “VƏTƏN UĞRUNDA” medalı ilə təltif olunmuşdur.

    Bakı şəhəri, 28 mart 2009-cu il.

     

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının Sərancamı ilə Azərbaycanda neft-kimya elminin inkişafındakı xüsusi xidmətinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitunun əməkdaşı Əsədov Fərəməz Məhərrəm oğluna Azərbaycan Respublikasının “ƏMƏKDAR MÜHƏNDIS” fəxri adı verilsin.

    Bakı şəhəri, 30 sentyabr 2009-cu il

     

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının Sərancamı ilə Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə yüksək peşəkarlıq göstərdiyinə, xidməti vəzifəsini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kapitan Hacıyev Rəhim Tarix oğlu Azərbaycan Respublikasının “Hərbi xidmətinə görə” medalı ilə təltif edilsin.

    Bakı şəhəri, 29 mart 2010-cu il

     

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının Sərancamı ilə Azərbaycan milli mətbuatının inkişafındakı xidmətinə görə Hacıyev Sabir Həbib oğlu “Tərəqqi” medalı ilə təltif edilsin.

    Bakı şəhəri, 21 iyul 2010-cu il

     

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının Sərancamı ilə “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq Azərbaycanın neft sənayesində səmərəli fəaliyyətinə görə Rəsulov Asif Muxtar oğluna Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

    Bakı şəhəri, 18 sentyabr 2010-cu il

     

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının Sərancamı ilə Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiyinə görə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Mahmudov Vüqar İsa oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

    Bakı şəhəri, 27 mart 2012-ci il

     

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının Sərancamı ilə Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiyinə görə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Hacıyev Rəhim Tarix oğlu “İgidliyə görə” medalı ilə təltif edilsin.

    Bakı şəhəri, 27 mart 2012-ci il

     

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının Sərancamı ilə Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiyinə görə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Seyidova Aysel Miryusif qızı “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilsin.

    Bakı şəhəri, 27 mart 2012-ci il

     

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının Sərəncamı ilə Azərbaycan Respublikasında cinayətkarlığa qarşı mübarizədə, hüquq qaydasının möhkəmləndirilməsində, ictimai asayişin qorunmasında və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan polisi günü münasibətilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Mahmudov İlqar İsa oğlu “VƏTƏN UĞRUNDA” medalı ilə təltif olunmuşdur.

    Bakı şəhəri, 29 iyun 2012-ci il.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının Sərəncamı ilə Azərbaycan Respublikasında cinayətkarlığa qarşı mübarizədə, hüquq qaydasının möhkəmləndirilməsində, ictimai asayişin qorunmasında və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan polisi günü münasibətilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Seyidov Səid Adil oğlu “İgidliyə görə” medalı ilə təltif olunmuşdur.

    Bakı şəhəri, 29 iyun 2012-ci il.

     

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının Sərancamı ilə Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətinə görə Mahmudov Elşad Müzəffər oğlu “Tərəqqi” medalı ilə təltif edilsin.

    Bakı şəhəri, 16 iyun 2014-cü il