" ŞAHTAXTI " XEYRİYYƏ CƏMİYYƏTİNİN
N İ Z A M N A M Ə S İ
1. ÜMUMİ MÜDDƏALAR
“Şahtaxti” Xeyriyyə Cəmiyyəti (bundan sonra Cəmiyyət adlandırılacaq) könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan ictimai birlikdir.
- Cəmiyyət öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitysiyası və qanunları, həmçinin bu Nizamnamə əsasında qurur.
- Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı vaxtdan hüquqi şəxs statusu qazanır. Cəmiyyətin müstəqil binası, girdə möhürü, ştampı, Azərbaycan Respublikasının banklarında hesablaşma hesab və digər rekvizitləri var.
- Cəmiyyət öz adından müqavilələr bağlaya, əmlak və şəxsi qeyri-əmlak hüquqlarını əldə edə, iddiaçı və cavabdeh kimi çıxış edə bilər.
- Cəmiyyətin yerləşdiyi ünvan: Bakı şəhəri, Kamil Balakişiyev küç. 11.
2. CƏMİYYƏTİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
2.1. Cəmiyyətin yaradılmasında əsas məqsəd Şahtaxtıdan çıxan tarixi şəxsiyyətlərin, tanınmış alim və akademiklərin hələ də tam öyrənilməmiş tərəflərinin tədqiqinin davam etdirilməsinə, Şahtaxtıdakı tarixi abidələrin sirlərinin açılmasına köməklik göstərmək və aşağıda göstərilən digər vəzifələrdən ibarətdir:
- Əlil, xəstə, kimsəsiz və imkansız insanlara dövlət tərəfindən müəyyən edilmiş güzəştlərin yerinə yetirilməsində ictimai nəzarətin təşkil olunmasında iştirak etmək.
- Kimsəsiz və imkansız insanların düçar olduqları ağır xəstəliklərin müalicəsi üçün maddi və mənəvi köməklik etmək.
- Kimsəsiz və imkansiz insanların düçar olmuş bədbəxtliklərlə mübarizədə onlara maddi və mənəvi köməklik göstərmək, yas yerlərinin el adətlərinə uyğun təşkil edilməsinə hər cür yardım etmək.
- İstedadlı imkansız insanların təhsil və peşəyə yiyələnmələri üçün maddi və mənəvi köməkliklər etmək.
2.2. Cəmiyyət göstərilən vəzifələrin yerinə yetirilməsi üçün kütləvi informasiya vasitələrindən istifadə edir, seminarlar, simpoziumlar, konsertlər təşkil edir, öz nümayəndələrinin müxtəlif təşkilatlara ezam edib bu təşkilatları xeyriyyəçilik işlərinə cəlb edir.
3. CƏMİYYƏTİN ƏMLAKI VƏ MALİYYƏ FƏALİYYƏTİ
3.1. Cəmiyyətin mülkiyyətində binalar, qurğular, mənzillər, pul vəsaitləri, səhimlər, digər qiymətli kağızlar və bu Nizamnamə ilə nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün başqa əmlak ola bilər.
3.2. Cəmiyyətin pul vəsaitləri aşağıdakı mənbələrdən əmələ gəlir:
İdarə, müəssisə,təşkilatların və vətəndaşların könüllü verdikləri vəsaitlərdən və ianələrdən;
Cəmiyyətin təsis etdiyi müəssisələrin, təsərrüfat fəaliyyəti nəticəsində əldə etdiyi gəlirdən ayırmalardan;
Sərgilərdən, konsertlərdən, lotoreyalardan və digər tədbirlərdən əldə olunan gəlirdən;
Dövrü nəşrlərdən əldə olunan gəlirlərdən;
Qanunvericilikdə qadağan olunmamış digər mədaxildən.
3.3. Cəmiyyətin üzvləri onun mülkiyyətinə daxil olan ayrı-ayrı obyektlər üzərində xüsusi hüquqlara malik deyil.
3.4. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada öz fəaliyyətinin məqsədlərinə və əmlakın təyinatına müvafiq olaraq öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir.
3.5. Cəmiyyətin hesabına daxil olmuş məqsədli vəsait başqa istiqamətlərdə xərclənə bilməz. Qanuna müəyyən olunmuş qaydada nümayəndəliklər, müəssisələr təsir edir.
4. CƏMİYYƏTƏ ÜZÜVLÜK. ÜZÜVLƏRİN HÜQUQ VƏZİFƏLƏRİ
4.1. Cəmiyyətə üzvlük fərdidir.
4.2. Cəmiyyətə üzvlərin qəbulu Cəmiyyətin müvafiq İdarə Heyətləri tərəfindən aparılır.
4.3. Cəmiyyətə daxil olmaq istəyən şəxslər İdarə Heyətinin sədrinə yazılı şəkildə müraciət edir. Bu barədə ərizə İdarə Heyəti tərəfindən ərizə verildiyi gündən bir həftə müddətində baxılır.
4.4. Cəmiyyətin üzüvlərinə cəmiyyətin ali orqanı tərəfindən təsdiq edilmiş formada üzvlük vəsiqəsi verilir.
4.5. Cəmiyyətin üzvləri aşağdakı hüquqlara malikdirlər:
- Bu Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada təşkilatın idarəçiliyində iştirak etmək;
- Cəmiyyətin hər hansı seçkili orqanına seçmək və seçilmək;
- Cəmiyyətin təşkil etdiyi tədbirlərdə iştirak etmək;
- Cəmiyyətin seçkili orqanlarının və vəzifəli şəxslərinin fəaliyyəti barədə məlumat almaq;
- Öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün cəmiyyətə müraciət etmək;
- Onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək, cəmiyyətin müvafiq orqanlarına etirazını bildirmək və şikayət etmək.
4.6. Cəmiyyətin üzvü eyni zamanda cəmiyyətin iki seçkili orqanının üzvü ola bilməz.
4.7. Cəmiyyətin üzvü yalnız cəmiyyətin müvafiq orqanları səlahiyyət verdikdə həmin orqanı təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər.
4.8. Cəmiyyətin üzvləri aşağıdakı vəzifələri daşıyırlar:
- Azərbaycan Respublikasının qanunlarına, Cəmiyyətin Nizamnaməsinə, həmçinin əxlaq normalarına əməl etmək;
- Cəmiyyətin tədbirlərində iştirak etmək.
4.9. Cəmiyyətə üzvlük Məsləhət Şurası tərəfindən müəyyən edilir.
4.10. Cəmiyyətdə üzvlüyə aşağıdakı hallarda xitam verilir:
- Könüllü olaraq, cəmiyyətin üzvlüyündən çıxanda;
- Cəmiyyətin üzvlüyündən çıxarıldıqda.
4.11. Cəmiyyətin üzvü aşağdakı hallarda üzvlükdən xaric edilir:
Cəmiyyətin üzvü adına ləkə gətirən hərəkətlərə yol verdikdə;
Mütəmadi olaraq cəmiyyətin işində iştirak etməkdən boyun qaçırdıqda.
4.12. Cəmiyyətin üzvlüyündən xaric edilmə barədə qərar üzvlüyə qəbul həyata keçirən orqanlar tərəfindən qəbul edilir.
5. CƏMİYYƏTİN TƏŞKİLAT STRUKTURU VƏ İDARƏETMƏ ORQANLARI
5.1. Cəmiyyətin ali orqanı ildə iki dəfədən az olmayaraq, çağırılan Ümumi yığıncaqdır.
5.2. Ümumi yığıncaqda nümayəndələrin kvotası cəmiyyətin Məsləhət Şurası tərəfindən müəyyənləşdirilir.
5.3. Ümumi yığıncaq: - Cəmiyyətin Nizamnaməsini qəbul edir, ona əlavə və dəyişikliklər edir;
- Cəmiyyətin fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir;
- Cəmiyyətin Məsləhət Şurasını, onun sədrini və ərazilərə uyğun olaraq İdarə heyətini seçir;
- Cəmiyyətin Məsləhət Şurasının, İdarə heyyətlərinin ayrı-ayrılıqda hesabatlarına dinləyib müzakirə edir;
5.4. Ümumi yığıncaqda qəbul olunan qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.
5.5. Ümumi yığıncaq Məsləhət Şurası tərəfindən çağırılır. Növbədənkənar yığıncaq cəmiyyət üzvlərinin 1/3 hissəsinin tələbi ilə də çağırıla bilər;
5.6. Ümumi yığıncaqlar arası dövrdə cəmiyyətin bütün fəaliyyətinə Məsləhət Şurası rəhbərlik edir;
5.7. Məsləhət Şurasına ümumi yığıncaqda seçilmiş sədr rəhbərlik edir;
5.8. Sədr:
- cəmiyyəti təmsil edir;
- onun adından Məsləhət Şurasının razılığı ilə müqavilələr bağlayır, pul vasitələri daxil olmaqla cəmiyyətin əmlakı üzərində sərəncam verir.
- Məsləhət Şurasının iclaslarını keçirir.
- İdarə heyətlərinin və cəmiyyətin digər orqanlarının fəaliyyətinə nəzarət edir;
5.9. Cəmiyyətin ümumi yığıncağının və eləcə də Məsləhət Şurasının qəbul etdiyi qərarların icrası İdarə heyətləri tərəfindən sevilmiş icraçı sədr rəhbərlik edir.
5.10. Cəmiyyətin dövri nəşrlərinin baş redaktorları Məsləhət Şurası tərəfindən seçilir.
6. CƏMİYYƏTİN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ
6.1.Cəmiyyət aşağıdakı hallarda ləğv edilmiş hesab edilir:
- Ümumi yığıncağın (konfransın,ümumi yığıncağın) qərarı ilə;
-Məhkəmənin qərarı ilə;
-Qanunvericilikdə nəzərdə tutulan digər hallarda.
6.2. Cəmiyyət ləğv edildiyi təqdirdə ləğvetmə komissiyası yaradıldığı andan cəmiyyətin idarəçiliyi ilə əlaqədar bütün səlahiyyətlər ona keçir.Ləğvetmə komissiyası ləğvetmə balansını tərtib edir.Cəmiyyətin ləğvi zamanı büdcə ilə hesablaşmalardan və kreditorların tələbləri ödənildikdən sonra qalan əmlak qanunvericiliklə müəyyən edilmiş Nizamnamə məqsədlərinə yönəldilir.