Kəngərli rayonu

 

Kəngərli - Azərbaycanda, Naxçıvan Muxtar Respublikasının tərkibində rayondur. 19 mart 2004-cü ildə rayon kimi təşkil olunmuşdur.

KƏNGƏRLİ RAYONU - Babək və Şərur rayonlarının arasında yerləşir. Rayonun cənub hissəsi İranla, şimalı - Ermənistanla həmsərhəddir. Rayon dağlıq relyefə malik olmaqla, DƏRƏLƏYƏZ dağlarında yerləşir. Muxtar Respublikanın hər yerində olduğu kimi, iqlimi kəskin kontinentaldır - yayda çox isti, qışda soyuq olur. Rayonun ərazisindən, Azərbaycanla İranın dövlət sərhəddi boyunca Araz çayı axır. Dağlıq relyef, iqlimin xüsusiyyətləri və kiçik çayların

İqtisadi rayon: Kəngərli
Ərazi: 682 (km2)
Əhali: 26 100
Əhali sıxlığı: 38,27 (nəfər/km2)

olmaması yerli bitki örtüyünü şərtləndirir. Onlar əsasən, yarımsəhra və dağ növləri ilə (kolluqlar, otlar, nadir ağaclar) təmsil olunur.

Bu kənd təsərrüfatı rayonunda tütün, üzüm, dənli bitkilər, tərəvəz və bostan məhsulları yetişdirilir.

Rayon ərazisi Dərələyəz dağ silsiləsi və Kəngərli düzündən ibarətdir. Ən yüksək zirvəsi Keçəltəpə (2744 m) dağıdır. Kontinental iqlim tipi hakimdir.

Rayon ərazisindən Lizbirt və Cəhri çayları axır. Əsasən kənd təsərrüfatı rayonudur.

Rayonda 12 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar tərbiyə müəssisəsi, 12 kitabxana, 13 klub müəssisəsi, 1 muzey, 2 uşaq musiqi məktəbi, mərkəzi xəstəxana, sahə xəstəxanası, 4 həkim ambulatoriyası, 5 feldşer-mama məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və s. təşkilatlar vardır.

Naxçıvan Muxtar Respublikasının hər yerində olduğu kimi burada da böyük sayda qədim abidələr qalır ki, bu da diyarın arxaik zamanlardan əhali ilə məskun olduğundan xəbər verir: ÇALXAN QALA kurqanları, QAZMA mağarası, eləcə də QALACIQ, GOVURQALA, DAMLAMA, QULAMLITƏPƏ, BALATƏPƏ yaşayış məskənləri. Sonrakı dövrlərin salamat qalmış abidələri: XOK kəndində CAME MƏSCİDİ (XVIII yüzil) və ŞAHTAXTI kəndində hamam (XIX yüzil).

QIVRAQ qəsəbəsi - 2004-cü ildə yaradılmış bu yeni rayonun inzibati mərkəzidir. Qıvraq Naxçıvan-Şərur şossesi üzərində, diyarın paytaxtı Naxçıvan şəhərindən 30 km aralıda yerləşir. Qəsəbədən Araz çayınadək 6 km-dir. Rayonun inzibati mərkəzi statusunu təzəlikcə alması ilə bağlı olaraq Qıvraq qəsəbəsində hələlik turistlərin qəbulu üçün infrastruktur yoxdur. Lakin, burada yerli sakinlərin evlərində qonaq qalmaq olar.


#   Bələdiyyələrin adı   Hər bələdiyyə üzrə əhalinin sayı  
1 Qarabağlar kənd bələdiyyəsi 5833
2 Xok kənd bələdiyyəsi 4887
3 Qıvraq qəsəbə bələdiyyəsi 4182
4 Şahtaxtı kənd bələdiyyəsi 3092
5 Çalxanqala kənd bələdiyyəsi 2140
6 Böyükdüz kənd bələdiyyəsi 1435
7 Yurdçu kənd bələdiyyəsi 1068
8 Qabıllı kənd bələdiyyəsi 1025
9 Xıncab kənd bələdiyyəsi 604
10 Təzəkənd kənd bələdiyyəsi 505
11 Yeni Kərki kənd bələdiyyəsi 368
12 Cəmi 25139