“TƏSDİQ EDİRƏM”
“Şahtaxtı” Xeyriyyə Cəmiyyətinin
sədri:__________ C.X.Musayev
« 27» iyul 2009-cu il
“Şahtaxtı” Xeyriyyə Cəmiyyətinin
2009 və 2010- cu illər üçün
İŞ PLANI
Sıra N -si |
Tədbirlərin adı |
İcra müddəti |
İcraçılar |
1 |
Şahtaxtı xeyriyyə MMC-nin yaradılmasını reallaşdırmaq onun iş otağını, mebel və kompyuter avadanlıqlarının təchizatını təşkil etmək |
2009-cu ilin III-IV rübləri |
Sədr İdarə heyəti |
2 |
Şahtaxtı xeyriyyə cəmiyyətinin iş otağına telefon xəttinin çəkilişini təşkil etmək |
2009-cu ilin III rübü |
Sədr Təşkilat şöbəsi Şahtaxtı iş adamları |
3 |
Şahtaxtı xeyriyyə cəmiyyətinin Internet saytını, E-mail ünvanını yaratmaq və onu təkminləşdirmək |
2009-cu ilin III rübü |
Sədr Təşkilat şöbəsi Şahtaxtı iş adamları |
4 |
Şahtaxtılıların yas mərasimlərinin təşkili ilə əlaqədar olaraq bir çox təchizat işlərinin (palatka çadırın, stol və stulların qab-qacağın və s.) həll olunması
|
2009-cu ilin III rübündə |
Sədr Məsləhət şurası İdarə heyəti Şahtaxtı iş adamları |
5 |
Bakı və Sumqayıt şəhərlərində yaşayan Şahtaxtılıların ümumi toplantısının çağrılmasını təşkil etmək |
Mütəmadi |
Sədr Təşkilat şöbəsi
|
6 |
Cəmiyyətin idarə heyətinin və məsləhət şurasının yığıncaqlarının keçirilməsini təşkil etmək |
Hər ayın axırıncı bazar günləri |
Sədr Təşkilat şöbəsi
|
7 |
Dövlətimizin keçirdiyi ictimai, siyasi tədbirlərdə cəmiyyətin üzvlərinin yerlərdə aktiv iştirakını təmin etmək |
Mütəmadi |
Sədr Məsləhət şurası İdarə heyəti Təşkilat şöbəsi
|
8 |
İstedadlı, talantlı, imkansız Şahtaxtılı gənclərin təhsil və peşəyə yiyələnmələri üçün onların ali məktəblərdə oxuduqları müddətdə onlara diqqət və qayğı göstərmək, maddi və mənəvi köməklik göstərilməsini təşkil etmək |
Mütəmadi |
Sədr Məsləhət şurası İdarə heyəti Təşkilat şöbəsi Şahtaxtı iş adamları |
9 |
Əlil, ağır xəstə, kimsəsiz və imkansız ailələrə maddi və mənəvi köməklik göstərmək |
Mütəmadi |
Sədr Məsləhət şurası İdarə heyəti
|
10 |
Şahtaxtılıların hüzr yerlərində el adətlərinə uyğun təşkil edilməsinə hər cür kömək və yardımların yerinə yetirilməsini təmin etmək |
Mütəmadi |
Təşkilat şöbəsi
|
11 |
Şahtaxtılıların dəfn olduqları qəbirstanlıqda təmizlik, abadlıq və yaşıllaşdırma işləri aparmaq |
2009-cu ilin II-IV rüblərində |
Sədr İdarə heyəti Təşkilat şöbəsi
|
12 |
Ağır, bədbəxt hadisə ilə üzləşmiş yaşayış evini və ya ailə üzvlərini itirən, imkansız ailələrə maddi və mənəvi köməklik göstərmək |
Mütəmadi |
Sədr Məsləhət şurası İdarə heyəti
|
13 |
Şahtaxtı xeyriyyə cəmiyyətinin təşkilində qadınlar şurasının və gənclər təşkilatının yaradılması |
2009-cu ilin IV rübü |
Sədr Təşkilat şöbəsi
|
14 |
Xaricdə yaşayan Şahtaxtılılarla əlaqə yaradılmasına və onların cəmiyyətə cəlb olunmasına nail olmaq |
Mütəmadi |
Sədr Məsləhət şurası İdarə heyəti
|