Az - Eng - Rus

 

Əliyev Tamerlan Əziz oğlu (3.10.1921, indiki Kəngərli r-nunun Şahtaxtı k.-1997, Bakı) -həkim. Tibb elmləri doktoru (1969), prof. (1970). ”Səhiyyə əlaçısı”, Azərb. Respublikası əməkdar elm xadimi (1985), Dövlət mükafatı laureatı (1981). Ə. M. Əliyevinoğludur. Azərb. Tibb İn-tunun müalicə-profilaktika fakültəsini bitirmiş (1944), Azərb. Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya İn-tunda işləmiş, 1945 ildən ömrünün sonunadək Tibb Un-tinin daxili xəstəliklər kafedrasında çalışmışdır (1969-cu ildən dosent, 1970-90-cı illərdən prof. və kafedra müdiri). Azərb. Respublikası Səhiyyə Nazirliyinin baş terapevti idi. Endokrinologiya, diaqnostika və s. sahələrdə 250-dən çox elmi əsərin, o cümlədən 12 monoqrafiya və dərsliklərin müəllifidir. İstisu, Darıdağ mineral sularından, Naftalan neftindən və respublikanın digər balneoloji ehtiyyatlarından istifadənin müalicə üsulları sırasına daxil edilməsində böyük əməyi var. Elmi-metodik işlərinin nəticələrinə görə Elmi kəşflər üzrə SSRİ Dövlət Komitəsinin 3 şəhadətnaməsini almışdır. Azərb.-da kardeoloji xidmət sisteminin elmi təşkili sahəsində də mühüm xidməti olmuşdur. ABŞ, Fransa, İngiltərə, Almaniya, İsveçrə və b. ölkələrdə Azərb. elmini təmsil eləmişdir. Respublika Endokrinologiya Cəmiyyətinin, Tibb Un-tinin doktorluq dissertasiyası müdafiyəsi üzrə ixtisaslaşdırılmış şurasının, Azərb. Respublikası Səhiyyə Nazirliyinin terapiya üzrə Attestasiya Komissiyasının sədri olmuşdur. Oktyabr inqilabı, Şərəf nişanı ordenləri ilə təltif edilmişdir.

 

...