Az - Eng - Rus

 

ŞAHTAXTİNSKİ Məhəmməd Həbibulla oğlu (d.10.7.1932, Bakı) -fizik. Fizika-riyaziyyat elmləri doktoru (1970), prof. (1971), Azərb. Milli EA akad. (1989; m. üzvü 1980), Azərb. Respublikası əməkdar elm xadimi (1991). H. B. Şahtaxtinskinin oğludur. Moskva Energetika İn-tunun radiotexnika fakültəsini bitirmişdir (1956). Azərb. Milli EA Fizika İn-tunda elmi və baş elmi işçi (1956-67), laboratoriya müdiri (1968-87) işləmişdir. 1987 ildən in-tun bərk cisimlər elektronikası şöbəsinin rəhbəridir. Tədqiqatları bərk cisimlər fizikasına aiddir. Yarımkeçirici və yarımmetalların bərk məhlullarında yük daşıyıcıların enerji spektri və elektron xassələri arasında ümumi qanunauyğunluğu müəyyən etmiş, onların qalğanomaqnit və termoelektik xassələrində bir sıra anomaliyanın, maqnitoplazma dalğalarının dispersiyasının miqdarı cəhətdən şərhinin mümkünlüyünü, aşkar halların bərk məhlulun tərkibindən asılı olmayaraq dəyişməsini göstərmişdir. Yarımkeçiricilərin termodinamikasının tədqiqində, bir sıra orijinal metodika və qurğuların yaradılmasında yaxından iştirak etmişdir. Ş.-nin rəhbərliyi ilə yüksək keyfiyyətli iqtisadi cəhətdən sərfəli poladlar yaradılmış,böyük sürətlə işləyən etibarlı və sərfəli, sağlamlıq üçün zərərsiz çapetmə metodikası işlənib hazırlanmışdır. Fransada kristalların yetişdirilməsi üzrə beynəlxalq konfransda məruzə etmişdir. Azərb. Fizika Cəmiyyətinin prezidenti (1991), Avropa-Asiya Fizika Cəmiyyətinin vitse-prezidentidir (1991).

 

...