Az - Eng - Rus

 

ŞAHTAXTİNSKİ Toğrul Nemət oğlu (d.22.10.1925, Bakı)-kimyaçı, texnoloq, kimya elmləri doktoru (1968), prof. (1968) Azərb. Milli EA akad. (1976;m.üzvü 1972). Azərb. Respublikası əməkdar elm xadimi (1991). Azərb. Sənaye İn-tunun (indiki Neft Akademiyası) kimya-texnologiya fakültəsini (1949) və Azərb. EA Neft İn-tunun aspiranturasını (1952) bitirmişdir. Azərb. Milli EA Neft Kimyası Prosesləri İn-tunda laboratoriya müdiri (1962-74) olmuş, 1971-73 illərdə Naxçıvan Regional Elmi Mərkəzinə rəhbərlik etmişdir. Azərb. Milli EA Kimya Elmləri bölməsinin akademik-katibi (1973-81 və 1990-97) olmuşdur. Azərb. Milli EA M.Nağıyev ad. Kimya Texnologiyasının Nəzəri Problemləri İn-tunun direktoru və Oksidləşmə prosesləri laboratoriyasının müdiri (1975 ildən, eyni zamanda). Azərb. EA-nın Baş akademik-katibi (1997 ildən), ”Azərbaycan kimya jurnalı” nın baş redaktorudur (1975 ildən). Əsas elmi işləri kimyəvi reaksiyaların genetika və mexanizminin tədqiqinə, üzvi və neft-kimya sintezi proseslərində karbohidrogenlərin katalitik çevrilmələrinin öyrənilməsinə, kimya proseslərinin modelləşdirilməsinə və optimallaşdırılmasına, kimya texnologiyasının nəzəri əsaslarının işlənilməsilə əlaqədar geniş problemlərə həsr olunmuşdur. Ş. neft kimyası, homogen və heterogen katalitik reaksiyaların kinetika və mexanizmi, qeyri-stasionar katalitik proseslərin nəzəriyyəsi və texnologiyası, bioüzvi və fermentativ sistemləri sahəsində görkəmli alimdir. 500-dən çox elmi əsərin, o cümlədən 11 monoqrafiyanın, 130 ixtira və patentin müəllifidir. Beynəlxalq konqres və simpoziumlarda (Almaniya -1963, 1969, 1971, 1996; Rumıniya -1996; Yaponiya -1974, 1975, 1998, 2000; Fransa -1980; Bolqarıstan -1983; Macarıstan -1983, 1986, 1989; ABŞ -1977, 1979, 1990, 1997; Türkiyə -1992, 1993, 1996; Hollandiya -1996; Belçika -1998, 2000) Azərb. elmini təmsil etmişdir. Əsərləri nüfuzlu beynəlxalq elmi nəşrlərdə (İngiltərə, AFR, Macarıstan, Rumıniya və s.) çap olunmuşdur. Elmi kadrlar hazırlanmasında mühüm xidməti var. Şərəf nişanı, Xalqlar dostluğu ordenləri ilə təltif edilmişdir.

 

 

...