• Kəngərli rayonu
  • Şahtaxtı kəndi
  • Məqsədimiz
  • Planlarımız
  • Fəxri adlar
  • Videolar
  • Şəkillər
  • Kitab
  •  

     

     

    Az - Eng - Rus

     

    RƏSULOV Asif Muxtar oğlu (1931, indiki Kəngərli rayonunun Şahtaxtı kəndi).Texnika elmləri namizədi (1966), texnika elmləri doktoru (1988), Neft-qaz yataqlarının işlənməsi ixtisası üzrə professor (1989), Qaz Sənayesi Nazirliyinin fəxri işçisi və ixtiraçısıdır. Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsini (1955) bitirmişdir. Moskva şəhərində Ümumittifaq Təbii Qazlar İnstitutunda baş elmi işçi (1962-1966), Bakıda Ümumittifaq Təbii Qazların emalı və nəqlə hazırlanması İnstitutunda laboratoriya müdiri və direktorun elmi işlər üzrə müavini (1966-1994), 1994 ildən ARDNŞ-nin “Dənizneftqazlayihə” elmi-tədqiqatlar İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışır. Prezident aparatı yanında Ali Attestasiya Komissiyasında ekspert şurasının üzvüdür. 1977 ildə Bolqariyada apardığı elmi tədqiqat işlərinə görə SSR səfirliyinin fəxri fərmanı və Neft-qaz sənayesində 55 il çalışaraq “Şərəf nişanı” ordeni ilə təltif olunmuşdur. O, 270 elmi əsərin, bir neçə monoqrafiyanın, 60-dan çox patent və müəlliflik şəhadətnamələrinin müəllifidir. “Şahtaxtı” cəmiyyətinin fəal üzvlərindən biridir.

     

    ...