Az - Eng - Rus

 

QAZIBƏYOV Rəşid Səməd oğlu (1926ildə indiki Kəngərli r-nunun Şahtaxtı k.-24.12.1989 Naxçıvan ş.) Krosnadar Hərbi Məktəbinə daxil olmuş, təhsilini başa vurmadan könüllü olaraq cəbhəyə getmişdir. Müharibədə göstərdiyi əsgəri şücaətlərə görə “Böyük Vətən müharibəsi” ordeninin bütün 3 dərəcəsinə, “Qızıl Ulduz” ordeninə, habelə saysız hesabsız medallara layiq görülmüşdür. R. Qazıbəyov Sovet İ.K.P MK-nın Moskva Ali Partiya Məktəbini bitirib Naxçıvana qayıdandan, sonra (1964), daha məsul vəzifələrə irəli çəkilmişdir, “Şərq qapısı “qəzetinin baş redaktoru (1965-70), Nax, Vil. Partiya Komitəsinin katibi (1970-71), Nax. MR Nazirlər Soveti sədrinin müavini (1971), Nax. MR Mədəniyyət naziri (1977), Nax. MR Həmkarlar İttifaqının sədri (1978-89) vəzifələrində çalışmışdır.

 

...