Az - Eng - Rus

 

RASİZADƏ Abdulla Məşədi Qulu oğlu, Hacı Molla Abdulla Şahtaxtlı (1843, indiki Kəngərli r-nunun Şahtaxtı k.- ?, Naxçıvan ş.)-ziyalı, din xadimi. H. Cavidin atasıdır. Ruhani ailəsində doğulmuşdur. Atası aşıq şerini və klassik şeri sevər, məclislərdə onları muğamat üstundə oxuyar, bəzən özü də bədahətən şer deyərmiş. Bu qabiliyyət irsən Abdullaya da sirayət etmişdi. Dövrünün tanınmış ruhanisi olan Hacı Molla Abdulla 1877 ildə ailəsi ilə birlikdə Naxçıvana köçmüşdür. Şeri, musiqini yaxşı bildiyinə və məlahətli səsinə görə onu rövzəxan kimi tez-tez Bakı, Şamaxı, Gəncə, İrəvan və Nuxaya (Şəkiyə), habelə Güney Azərb. və İran şəhərlərinə dəvət etmişlər. S. Ə. Şirvanı ”Hacı Molla Abdulla Şahtaxtılıya” adlı mənzum məktubunda onun rövzəxanlıq məharətini yüksək qiymətləndirmiş, ”avazeyi-fəzli” nin ”İraqü İsfahanı doldurduğunu” xüsusi vurğulamışdır. Hacı Molla Abdulla Hüseyn Cavidin dünyagörüşü və bədii istedadının formalaşmasına, onda şerə-sənətə meylin oyanmasına güclü təsir göstərmişdir. Şair, məhz atasının vəsiyyəti ilə Türkiyəyə gedərək, orada təhsil almışdır.

...