QULİYEV Dilqəm Qasım oğlu (d.06.08.1950, indiki Kəngərli rayonunun Şahtaxtı kəndi) Sərbəst güləş üzrə idman ustası (1972), Əməkdar məşqçi (1996), pedaqoji elmlər namizədi (1994), dosent (1996), ”Tərəqqi” medalına layiq görülmüş (2001), professor (2004), Azərbaycan Respublikasının “Əməkdar bədən tərbiyəsi və idman xadimi” (2006), “İdmançı” qəzetinin baş redaktoru (1998), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2006), Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi Metodik Şurasının üzvü (2008), İnternet saytında Azərbaycan idman tarixinin tərtibçisidir (2008). Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdman işləri və xarici əlaqələr” üzrə prorektor vəzifəsində çalışır. Onun indiyədək 200-ə yaxın əsəri və 300-ə yaxın qəzet məqaləsi çap olunmuşdur. “Şahtaxtı” xeyriyyə cəmiyyətinin fəal üzvlərindən biridir.