Az - Eng - Rus

 

QAZIBƏYLİ (QAZIBƏYOV) Etibar Rəşid oğlu (d. 28.10.1951 Azərbaycan, Naxçıvan MR, Naxçıvan ş.) Polis palkovniki (03.07.1993). Azərbaycan Dövlət İqtisad Universitetini (1972); M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetininin hüquq fakultəsini (1981) bitirmişdir. 1973-74 illərdə “Azərxüsusimontajtikinti” trestində iqtisadçı, 1974-cü ildən Daxili İşlər Orqanlarında müxtəlif vəzifələrdə, (1981-1985) Bakı ş. Hava limanında polis rəis müavini, 1989-1991-ci ildən Bakı ş. Su Polisinin rəis müavini və rəisi vəzifəsində çalışmışdır. (1991-1993) Bakı ş. Nərimanov rayon Mühafizə Şöbəsinin rəisi, (1993-2000) Bakı ş. Sabunçu RPİ-nin rəisi vəzifəsində çalışmışdır. 25.11.2000 ildən indiyədək Bakı ş. Suraxanı RPİ-nin rəisidir. 1982-ci ildə Azərbaycan Respublikasının “Əməkdar sərhədçisi” adına layiq görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 26 dekabr 1995 – ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının Konstitusiya dövlət quruluşunun mudafiəsində, sabitliyin təmin edilməsində, ictimai asayişin qorunmasında, təxribatların, terrorçuluğun və digər təhlükəli cinayətlərin qarşısının alınmasında, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində xüsusi xidmətlərinə görə “AZƏRBAYCAN BAYRAĞI” ordeni ilə təltif olunmuşdur.

 

...