• Kəngərli rayonu
  • Şahtaxtı kəndi
  • Məqsədimiz
  • Planlarımız
  • Fəxri adlar
  • Videolar
  • Şəkillər
  • Kitab
  •  

     

     

    Az - Eng - Rus

    MƏMMƏDOV İsmayıl Məhəmmədəli oğlu (d.28.08.1932, indiki Kəngərli rayonunun Şahtaxtı kəndi, 25.12.2008 Bakı şəhəri). Naxçıvan Kənd Təsərrüfatı texnikumunun baytarlıq şöbəsinə daxil olmuş (1946), Odessa şəhərində hərbi xidməti başa vurduqdan sonra Odessa hərbi-tibbi Akademiyasında təhsil almış və Moskva Qubkin adına elmi-təhqiqat İnstitutunda çalışmışdır. Paralel olaraq Moskva Baytarlıq Akademiyasını qiyabi bitirmişdir. Moskvadan Ali təhsilli mütəxəssis kimi Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin sərəncamına göndərilmişdir. Nəsimi rayon YAP Azadlıq prospekti üzrə sədr, Bakı şəhər Baytarlıq İdarəsinin Həmkarlar Təşkilatının sədri, Nəsimi Bazar 6 saylı baytar-sanitar-ekspertiza laboratoriyasının müdiri, Respublika Ağsaqqallar Şurasının sədri, “Vətən sədası”, “Diaspora həyatı” qəzetlərinin redaktoru vəzifələrində çalışmışdır. 1972 ildən “Şahtaxtı” xeyriyyə cəmiyyətinin fəal üzvlərindən biri olmuşdur.

     

     

    ...