Cəfərov Məmməd Abdulla oğlu (16.12.1926, indiki Kəngərli rayonunun Şahtaxtı k.-13.11.1997, Naxçıvan ş.) -əmək qabaqcılı. Sosialist Əməyi Qəhrəmanı (1949). Azərb. Kənd Təsərrüfatı İn-tunu bitirmişdir. 1941-82 illərdə keçmiş Naxçıvan rayonundakı ”Azərbaycan” k-zunda briqadir, sonralar sədr, Naxçıvan ş. inkubator st.-nda direktor, Şərur r-nundakı 3 saylı tütünçülük s-zunda direktor və s. vəzifələrdə işləmişdir. 1982 ildən Babək r-nundakı Böyükdüz cins düyəyetişdirmə kompleksinin direktoru idi. 1948 ildə qoyunçuluq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Azərb. SSR Ali Sovetinin (3-cü çağırış) deputatı seçilmişdir. Əmək şöhrəti ordeni ilə təltif edilmişdir.