SEYİDOV Kamran Mirsalman oğlu (28.05.1942, indiki Kəngərli rayonunun Şahtaxtı kəndi) Rabitə Elektro Texnikumunu bitirmişdir. 1971-ci ildə Bakı şəhərində Ət kombinatında sürücü-ekspeditor vəzifəsində çalışmışdır. 1991-ci ildən etibarən İran İslam Respublikasına Məşəd və Kərbəla ziyarətlərinə və Azərbaycanın bütün ziyarət ocaqlarına zəvvarların aparılması üzrə təşkilatçı kimi fəaliyyət göstərir. İndiyədək 134 dəfə Məşəd ziyarətinə 17 dəfə İraqın Kərbəla ziyarətinin təşkilinə başçılıq edib. 1972-ci ildə cəmiyyətin yığıncaqları onun həyət evində keçirilirdi. O, “Şahtaxtı” xeyriyyə cəmiyyətinin fəal üzlərindən biridir. Onun xidmətindən istifadə etmək istəyənlər aşağıdakı telefonlara zəng edə bilərlər:
Mob tel: 0506290102