Az - Eng - Rus

 

MƏMMƏDOV Firudin İbrahim oğlu (d. 1936, indiki Kəngərli r-nunun Şahtaxtı k.) -informasiya nəzəriyyəsi sahəsində mütəxəs-sis. Texnika elmləri doktoru (...), prof. (1996). Azərb. Sənaye İn-tunun (indiki Neft Akademiyası) energetika fakültəsini (1958) və ”Neftkimyaavtomatika” Elmi-Tədqiqat Layihə İn-tunun (Sumqa-yıt) aspiranturasını bitirmiş, həmin in-tda mühəndis, baş elmi işçi (1958-68), Azərb. Neft və Kimya İn-tunun Sumqayıt filialında baş müəllim, dosent (1968-70), dekan (1971-74) və kafedra müdiri (1974-85) vəzifələrində çalışmışdır. 1996 ildən Azərb. Sənaye İn-tunda (indiki Sumqayıt Dövlət Un-ti) kafedra müdiridir. İnformasiya nəzəriyyəsinə, idarəetmə sistemlərinin hesablama və məlumat-ölçü texnikasının ilkin vericilərinin nəzəriyyəsi, işlənilməsi və tətbiqinə, neftçıxarma dərinlik nasosları üçün elektromaqnit vericilərlə işləyən tezlik teleölçü nəzəriyyəsinə dair tədqiqatlar aparmışdır.

 

...