• Kəngərli rayonu
  • Şahtaxtı kəndi
  • Məqsədimiz
  • Planlarımız
  • Fəxri adlar
  • Videolar
  • Şəkillər
  • Kitab
  •  

     

     

    Az - Eng - Rus

     

    ƏSƏDOV Fərəməz Məhərrəm oğlu ( d.1938, indiki Kəngərli rayonunun Şahtaxtı kəndi). Texniki elmləri namizədi. Bakı Neft Texnologiya Texnikumunu (1957) və M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyasını) bitirmişdir. Neft emalı Elmi-tədqiqat İnstitutunda operator (1957), Elmlər Akademiyası sistemində növbətçi mühəndis, qurğu rəisi (1959) vəzifələrində çalışmışdır. 1980 ildən AKİ-nin nəzdindəki “Aşqar” Xüsusi Texnoloji Bürosunun (XTB) direktorudur. “SSR-nin ixtiraçısı” fəxri adı (1973), “Əmək şücaətinə görə” və “Əmək veteranı” medalları (1986), habelə AEA Riyasət heyətinin və Respublika Həmkarlar Konfederasiyasının Fəxri Fərmanları (1996) ilə təltif olunmuş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 sentyabr 2009–cu il tarixli sərəncamına əsasən “Əməkdar mühəndis” adı verilmişdir. O, 40-dək elmi əsərin, o cümlədən 21 müəlliflik şəhadətnaməsi və 4 patentin müəllifidir ki, bunların 10-u istehsalata tətbiq olunmuşdur. 1972 ildən “Şahtaxtı” xeyriyyə cəmiyyətinin fəal üzvlərindən biridir.

     

    ...