Az - Eng - Rus

 

MƏMMƏDOV Arif Hüseynqulu oğlu (d.2.11.1929 indiki Kəngərli r-nunun Şahtaxtı k.-1989 Fəxri Xiyaban) ictimai-siyasi xadim. Azərb. SSR Əməkdar mühəndisi (1981). Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu (1949), Moskva Ət-Süd Sənayesi İn-tunu bitirmiş (1954), Naxçıvan Vilayət Ət Tədarükü İdarəsinin rəisi (1961-62), Nax. Ət Kombinatının direktoru (1962-63), Azərb. SSR Xalq Təsərrüfatı Şürasının Ət-Süd Sənayesi İdarəsinin rəis müavini (1963-65), Azərb. SSR Ət-Süd Sənayesi nazirinin müavini (1965-68), “Qırmızı Əmək Bayrağı” ordenli Bakı Ət Kombinatının direktoru (1968-71), Azərb.SSR Ət-Süd Sənayesi naziri (1971-85), Azərb SSR Dövlət Aqrar-Sənaye Komitəsi sədrinin müavini (1985-87) olmuşdur. 1971-80-ci illərdə iki dəfə “Qırmızı Əmək Bayrağı”, Xalqlar Dostluğu ordenləri və Azərb. Respublika Ali Sovetinin fəxri fərmanı ilə təltif olunmuşdur. 1975, 1980, 1985-ci illərdə Azərb SSR Ali Sovetinə deputat seçilmişdir.

 

...