• Kəngərli rayonu
  • Şahtaxtı kəndi
  • Məqsədimiz
  • Planlarımız
  • Fəxri adlar
  • Videolar
  • Şəkillər
  • Kitab
  •  

     

     

    Az - Eng - Rus

     

    Əliyeva Zərifə Əziz qızı (28.4.1923, indiki Kəngərli r-nunun Şahtaxtı k.-15.4.1985, Moskva) -oftalmoloq. Tibb elmləri doktoru (1979), prof. (1979), Azərb. Milli EA akad. (1983), Russiya Tibb EA -nın akad. (1981), Azərb. Respublikasının əməkdar elm xadimi (1980). Ə. M. Əliyevin qızı, Heydər Əliyevin həyat yoldaşıdır. Azərb. Dövlət Tibb İn-tunu (indiki Tibb Un-ti) bitirmişdir (1947). Azərb. Elmi-Tədqiqat Oftalmologiya İn-tunda elmi işçi, 1969 ildən isə Ə. Əliyev ad. Azərb. Həkimləri Təkmilləşdirmə İn-tunda göz xəstəlikləri kafedrasının dosenti, prof., görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdri (1982-85) vəzifələrində çalışmışdır. Ə-nın Azərb.-da oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərb.-da geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox samballı tədqiqatların, o cümlədən ”Terapeftik oftalmologiya”, ”İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Ə. Azərb. iridologiyasının banisi idi və bu sahədə elmi məktəb yaratmışdır. Ə.-nın doktriologiyadan bəhs edən ”Göz sulanmasının fiziologiyası”, ”Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi” monoqrafiyalari təkcə oftalmoloqlar tərəfindən deyil, həm də fizioloqlar tərəfindən rəğbətlə qarşılanmışdır. Onun zəngin pedaqoji, elmi və əməli təcrübəsi ”Oftalmologiyanın aktual məsələləri” (prof. N. B. Şulpina və L. F. Moşetova ilə birgə) monoqrafiyasında əksini tapmışdır; kitab oftolmoloq və həkimlərin təkmilləşdirmə fakultəsinin müəllimləri üçün əvəzsiz vəsaitdir. Ə. yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir. O, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülh Müdafiyə Komitəsının, Azərb. Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, ”Vestnik oftalmoloqii” (Moskva) jurnalı redaqsiya heyətinin üzvü idi. Yüksək elmi nailiyyətlərinə görə SSRİ Tibb EA-nın M. İ. Averbax ad. mükafatına layiq görülmüşdür (1981). 1994-cü ildə cənazəsi Moskvanın Novo-Deviçye qəbristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunmuşdur. Məzarı üstündə tuncdan heykəli ucaldılmışdır (heykəltəraş Ö.Eldarov). Bakıda Göz xəstəlikləri İn-tu, Naxçıvan şəhər poliklinikası Ə.-nın adını daşıyır. Bakının Binəqədi r-nu ərazisində adına istirahət parkı salınmışdir.


     


     

    ...