• Kəngərli rayonu
  • Şahtaxtı kəndi
  • Məqsədimiz
  • Planlarımız
  • Fəxri adlar
  • Videolar
  • Şəkillər
  • Kitab
  •  

     

     

    Az - Eng - Rus

     

    Cavid Mişkinaz Molla Hüseyn qızı (1902, Naxçıvan ş.-16. 11. 1976, Bakı) -Hüseyn Cavidin ömür-gün yoldaşı. Hüseyn Cavidin əsərlərinin ilk oxucusu olmuş, onların üzünü köçürmüşdür. ”İblisin intiqamı” pyesinin onun xətti ilə köçürülmüş surəti olmasaydı, böyük şair və dramaturqun repressiya qurbanı olmuş başqa əsərləri kimi, bu əsər də itəcəkdi. Hüseyn Cavidin həbsindən sonra tikiş artelində .işləmiş, mənzilləri əllərindən alınmış, məşəqqətli günlər yaşamışdır. Lakin bu qeyrətli qadın bütün əzab-əziyyətlərə mərdliklə sinə gərərək dahi ərinin şərəf və ləyaqətini uca tutmuşdur. Hüseyn Cavidlə bağlı xatirələrinin bir qismi çap olunmuş, bir qismi isə böyük şairin Bakıdakı ev-muzeyində saxlanılır. Məzarı Hüseyn Cavidin Naxçıvandakı məqbərəsində, ərinin və oğlu Ərtoğrolun qəbrləri ilə yan-yanadır.


     

    ...