• Kəngərli rayonu
  • Şahtaxtı kəndi
  • Məqsədimiz
  • Planlarımız
  • Fəxri adlar
  • Videolar
  • Şəkillər
  • Kitab
  •  

     

     

    Az - Eng - Rus

     

    MAHMUDOV Əhməd Əkbər oğlu (25.5.1928, indiki Kəngərli r -nunun Şahtaxtı k.-8.5.1989, Bakı; Fəxri Xiyabanda dəfn olunmuşdur) -iqtisadçı. İqtisad elmləri doktoru (1968), prof. (1969), Azərb. Milli EA akad. (1983; m. üzvü 1972). Azərb. Dövlət Xalq Təsərrüfatı İn-tunun (indiki İqtisad Un-ti) uçot-statistika fakültəsini (1950) və Azərb. Milli EA İqtisadiyat bölməsinin (indiki İqtisadiyyat İn-tu) aspiranturasını (1954) bitirmişdir. Azərb. Milli EA İqtisadiyyat İn-tunda baş elmi işçi (1956-58), direktor müavini (1958-64) və direktor (1964 ildən ömrünün sonunadək) olmuşdur. Azərb. Milli EA Tarix, İqtisadiyyat, Fəlsəfə və Hüquq bölməsi akademik katibinin müavini (1981-85) işləmişdir. Siyasi iqtisadi, aqrar-sənaye komplekslərinin iqtisadiyyatı, ictimai istehsalın intensivləşdirilməsinin iqtisadi problemləri, Azərb-da, o cümlədən Naxçıvan MR-da k. t.-nın intensivləşdirilməsinin mahiyyəti və nəzəri əsasları, intensivləşdirmənin səviyyəsini müəyyən edən metodika və göstəricilər sistemi, onun əsas yolları, mənbə və xüsusiyyətləri sahəsində tədqiqatlar aparmışdır. Bir neçə kitab və monoqrafiyanın, 150-dən çox elmi məqalənin müəllifidir. Bir sıra mötəbər elmi şuraların, elm və texnika üzrə Respublika Dövlət Mükafatları Komitəsinin üzvü, Azərb. Milli EA İqtisadiyyat İn-tunda İqtisad elimləri namizədi və doktoru alimlik dərəcəsi üzrə ixtisaslaşdırılmış şuranın sədri (1976-88) olmuşdur. Elmi kadrlar hazırlanmasında xidməti var. Keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalına layiq görülmüşdür. II dərəcəli Vətən müharibəsi ordeni, digər orden və medallarla təltif edilmişdir.

     

    ...