• Kəngərli rayonu
  • Şahtaxtı kəndi
  • Məqsədimiz
  • Planlarımız
  • Fəxri adlar
  • Videolar
  • Şəkillər
  • Kitab
  •  

     

     

    Az - Eng - Rus

     

    ŞAHTAXTİNSKİ Behbud ağa (1881, indiki Kəngərli r-nunun Şahtaxtı k.-30.5.1924, Tiflis) -diplomat. 1905-07 illərdə Bakıda kontor qulluqçuları ittifaqının yaradılmasında və fəaliyyətində iştirak etmişdir. 1917-18 illərdə Bakı Soveti İcraiyyə Komitəsinin, Bakı XKS fövqəladə komissiyasının üzvü, ”Hümmət” təşkilatı Mərkəzi Komitəsinin sədri olmuşdur. Azərb. -da Sovet Hakimiyyəti qurulandan sonra (1920) xalq ədliyyə komissarı, eyni zamanda Azərb. SSR -in RSFSR -də fövqəladə nümayəndəsi idi. 1920 ilin iyul-sentyabrında Azərb. haqqında, habelə Qafqaz, Türkiyə və İrandakı vəziyyətlə əlaqədar V. İ. Leninə ətraflı məruzə təqdim etmişdi. RSFSR ilə Azərb. SSR arasında hərbi-iqtisadi ittifaq haqqında müqaviləni V. İ. Lenin və Ş, imzalamışdılar (1920,30 sentyabr). Kominternin 2-ci konqresinə nümayəndə seçilmişdi. 1921-24 illərdə Nax. İnqilab Komitəsinin, Nax. MSSR XKS -nin sədri, Azərb. SSR Xalq FKM komissarı, XKS sədrinin müavini və s. vəzifələrdə çalışmışdır. Naxçıvan diyarının Azərb.-ın tərkibində muxtariyyət statusu qazanmasında mühüm mərhələ olan Moskva və Qars müqavilələrinin (1921) bağlanmasında Ş.-nin böyük xidməti olmuşdur. Onun Naxçıvan məsələsində N. Nərimanovun adından Moskvada atdığı addımlar, Rusiya-Türkiyə danışıqlarında (Moskva) seçdiyi xətt Naxçıvana Azərb.-ın ayrılmaz bir hissəsi kimi muxtariyyət statusu verilməsinə müsbət təsir göstərmişdi.

     

    ...