• Kəngərli rayonu
  • Şahtaxtı kəndi
  • Məqsədimiz
  • Planlarımız
  • Fəxri adlar
  • Videolar
  • Şəkillər
  • Kitab
  •  

     

     

    Az - Eng - Rus

     

    ŞAHTAXTİNSKİ Əbülfət Nəcəfqulu oğlu (oktyabr, 1858, indiki Kəngərli r-nunun Şahtaxtı k.-13.3.1913, Gürcüstan, Kutaisi ş; Şahtaxtıda dəfn olunmuşdur) -ziyalı, hərbçi, polkovnik (1912). İ. N. Şahtaxtinskinin qardaşıdır, 19 əsrin 70-ci illərində Peterburqda hökumət əleyhinə tələbə iğtişaşlarının təşkilatçılarından olmuş, Peterburqda və Moskvada təhsil alan azərb.-lı tələbələrin “İmdadiyyə” təşkilatının işındə yaxından iştirak etmişdir. 1877 ildə Peterburq Texnologiya İn-tuna daxil olmuş, ”tələbələri qadağan olunmuş toplanışlara təhrik etdiyinə görə” 1878 ildə oradan çıxarılmışdı. Lazerev Özəl Şərq dilləri İn-tuna daxil olsa da, bu in-t diplom vermədiyinə görə Almaniyanın Heydelberq ş.-ndə diplom işi müdafiə edərək bakalavr dərəcəsi almışdı.Xaricdə aldığı diplomla qulluğa girə bilməyən Ş. 1883 ildə yunker məktəbinə daxil olub, oranı fərqlənmə ilə bitirmişdi. Rusiya-Yaponiya müharibəsində (1904-05) batalyon komandiri olmuş, 1912 ildə polkovnik rütbəsində Rusiyanın hərbi nümayəndəsi kimi İsveçrə ordusunun manevrlərini müşahidə etmişdi. Ömrünün son illərində ədəbi fəaliyyət göstərmiş, Hötenin ”Gənc Verterin iztirabları” əsərini almancadan Azərb. dilinə tərcümə etmişdir.

     

    ...